İstanbulu su ilə təmin edən bəndlərdə suyun miqdarı 51,36 faiz azalıb. Şəhərin bəndlərinin doluluq nisbəti 3 avqust 2024-cü ildə 57 faiz olub.
Hafta.az-ın yazdığına görə, bəndlərin doluluq nisbəti 5 faiz azalaraq 13 gündən sonra 52 faizə düşüb. Əlibəy bəndi yüzdə 17,82 doluluq nisbəti ilə İstanbulun ən quru bəndi oldu. Mağlova tağının böyük bir hissəsini üzə çıxaran görüntülər hava çərçivələrində əks olunub. Suyun səviyyəsi azaldıqca, təkər, ayaqqabı kimi tullantılar ortaya çıxıb. Qurudulmuş bənd sahələrində torpağın parçalanmış vəziyyəti quraqlığın səviyyəsini göstərir. Yay aylarında yüksək su sərfiyyatı, istidən sürətli buxarlanma və quraqlıq səbəbindən suyun səviyyəsi sürətlə azalmağa davam edir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, yay aylarında su istehlakında diqqətli olmaq lazımdır.
Son məlumatlara görə, İstanbul bəndlərindəki doluluq nisbətləri belədir: Ən yüksək doluluq nisbəti yüzdə 53,14 ilə Ömərli anbarı və yüzdə 65,24 ilə Terkos anbarı öndədir. Büyükçəkməcə anbarının doluluq nisbəti yüzdə 49,66-ya düşərkən, Darlık anbarını su nisbəti yüzdə 55,43-ə çatıb. Sazlıdərə anbarı yüzdə 52,16 və Kazandərə anbarı yüzdə 18,6 ilə ən aşağı doluluq nisbətinə malik ikinci bənd olub. Papuçdərənin doluluq nisbəti yüzdə 31,62-yə düşərkən, Elmalı anbarında suyun səviyyəsi 59,17 faizdir. İstirancalar anbarında isə su 33,43 faizə düşüb.