İsveçrədə qrosmeyster olacaq gənc şahmatçıya 1 kq qızıl sikkə veriləcək

14:07 10.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveçrənin Gənclər Fondu gənc şahmatçıları həvəsləndirmək üçün maraqlı təşəbbüsə əl atıb.

Hafta.az xəbər verir ki, 2030-cu ilədək qrosmeyster adını qazan biləcək ilk əslən isveçrəli gənc şahmatçı fond tərəfindən 1 kiloqram çəkisi olan qızıl sikkə ilə mükafatlandırılacaq. Bu təşəbbüs xanım şahmatçılar üçün də keçərlidir. Belə ki, eyni uğura imza atmış ilk xanım şahmatçı yarım kiloqramlıq sikkənin sahibi olacaq.

Qeyd edək ki, İsveçrənin şahmat tarixində cəmi 10 qrosmeysteri olub və onların da böyük əksəriyyəti milliləşdirilmiş şahmatçılardır.