İtaliya klublarından avrokuboklarda ilk

15:12 21.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tarixdə ilk dəfə bir mövsümdə 5 İtaliya klubu avrokuboklarda yarımfinallara yüksəlib.

Hafta.az xəbər verir ki, klublardan 2-si Çempionlar Liqası, 2-si Avropa Liqası, 1-i isə Konfrans Liqasında yoluna davam edir.

ÇL-in yarımfinalında isə Milan derbisi olacaq. Final uğrunda "Milan"la əzəli rəqibi, şəhərin digər təmsilçisi "İnter" üz-üzə gələcək. Qeyd edək ki, "Milan" 1/4 finalda İtaliyanın digət təmsilçisi "Napoli"ni mübarizədən kənarlaşdırıb.

Avropa Liqasında isə “Yuventus”la "Roma" mübarizəni davam etdirir.

İtaliyanın Konfrans Liqasının yarımfinalında da təmsilçisi var. Bu, 1/4 finalda Polşa "Lex"ini üstələyən (4:1, 2:3)“Fiorentina”dır.