Yazını böyüt
Yazını kiçilt
Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius bəyan edib ki, Avropa Ukraynadakı münaqişənin həlli üçün öz planını hazırlamalıdır.
Hafta.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Avropa komissarının sözlərinə görə, Avropa İttifaqı (Aİ) geosiyasi proseslərdə güclü mövqe tutmağa hazır olmalı və o cümlədən Ukraynada sülhün əldə olunması ilə bağlı öz planlarına sahib olmalıdır.
O qeyd edib ki, Brüsselin amerikalı dostları tərəfindən hazırlanan plandan əlavə, Avropa ölkələrinin təşəbbüslərinin də müzakirə olunması vacibdir.