ABŞ-ın Venesuela ətrafında topladığı qüvvələrin miqyası açıqlanıb

10:53 04.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ dövlət katibi Marko Rubio Venesuelaya dərhal hücum edə biləcəkləri ilə bağlı iddiaları “saxta xəbər” adlandırsa da, bölgədəki gərginlik dünyada narahatlıq doğurur.

Hafta.az-ın yazdığına görə. Pentaqonun qeydlərində bildirilir ki, 31 oktyabr tarixinə qədər Venesuela yaxınlığında 10 min quru qoşunları əsgəri və 6 min dənizçi yerləşdirilib.

Puerto Rikodakı ABŞ qoşunlarının bu rəqəmə daxil edilmədiyi qeyd olunub.

Hazırda Karib dənizində ABŞ-a məxsus 8 hərbi gəmi, bir xüsusi əməliyyat gəmisi və bir nüvə enerjisi ilə işləyən hücum sualtı qayığı var, USS Gerald R. Ford təyyarə gəmisinin isə bu günlərdə bölgəyə gəlməsi gözlənilir.

Təyyarədaşıyan gəminin Karib dənizinə üç hərbi qayıq və təxminən 4 min əsgər gətirəcəyi bildirilib.

Peyk görüntüləri göstərir ki, ABŞ F-35 qırıcı təyyarələri Puerto Rikodadır.

ABŞ hərbi fəaliyyəti narkotiklərlə mübarizə səyləri ilə əlaqələndirsə də, bu, tamamilə inandırıcı deyil.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Rayan Berq, bölgədəki hərbi qüvvələrin sayının bu hədəfi xeyli üstələdiyini söyləyir.

Berq qeyd edir ki, təyyarədaşıyan qrupunun Karib dənizinə gəlişi Venesuelaya qarşı hərbi əməliyyat ehtimalını artırır və əlavə edir ki, bu qüvvələr bölgədə uzun müddət saxlanıla bilməz.