Adam bıçaqlayan diplomat kimdir?

12:33 23.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Diplomat Emin Şaiq İbrahimov adam bıçaqladığına görə DİN tərəfindən saxlanılıb. 

Emin Şaiq İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 

O, 2005-ci ildə Ankara Universitetindən beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb, 2009-cu ildə isə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.

Emin Şaiq İbrahimov 2007-2019-cu illərdə diplomatik xidmətdə olub. 2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə isə Uruqvaydakı diplomatik missiyasında çalışıb. O, eyni zamanda diplomatik və təşkilatı idarəetmə üzrə təlimçi kimi də fəaliyyət göstərib.

2019-cu ildə öz müraciəti əsasında diplomatik orqanlardakı xidmətinə xitam verilib.

Qeyd edək ki, Emin Şaiq İbrahimov ötən il sentyabrın 20-də polis tərəfindən saxlanılıb və ona 30 sutka inzibati həbs cəzası verilib.