Yazını böyüt
Yazını kiçilt
Braziliyalı supermodel Adriana Lima Beynəlxalq Futbol Federasiyasının (FIFA) Qlobal Azarkeş Səfiri olub. Bu barədə bazar ertəsi qurumun mətbuat xidməti məlumat yayıb.
"Adriana ilə görüşəndə dərhal onun hərarətini, mehribanlığını və futbola necə açıq və ehtiraslı olduğunu hiss edirsən. O, bizim oyunumuzu yaşayır və nəfəs alır. Buna görə də o, FİFA ilə bütün dünyada azarkeşlər arasında əla əlaqə ola bilər", - FIFA Prezidenti Canni İnfantino bildirib.
Lima futbol azarkeşlərinə həsr olunmuş beynəlxalq tədbirlərdə iştirak edəcək. Bunlardan birincisi fevralın 27-də Parisdə FİFA Fans Mükafatının təqdimatı olacaq.
2021-ci ildə Danimarka və Finlandiya milli komandalarının futbol azarkeşləri qalib elan edilib.