Ağ Ev SÖKÜLÜR

08:00 21.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp üçün bal zalının açılmasına görə Ağ Evin bir hissəsinin sökülməsinə başlanılıb.

Hafta.az xəbər verir ki, tikinti briqadaları 1902-ci ildə inşa edilmiş Şərq Qanadının bir hissəsini sökür. Ağ Ev sözçüsünün məlumatına görə, söküntü işlərinə bazar ertəsi, oktyabrın 20-də başlanılıb.

Qeyd edək ki, ABŞ lideri Ağ Evi təmir etmək və bal zalı əlavə etmək qərarına gəlib. Bu iş 200 milyon dollara başa gələcək və Amerika lideri bunun xərcini öz cibindən ödəyəcək. Bu, 20-ci əsrin ortalarından bəri ən böyük təmir layihəsi olacaq. /“The Washington Post”/