Ağdamda 10 tüfəng polisə təhvil verilib

13:25 17.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri 10 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxunma sayı 80