Ağsuda narkokuryerlik edən şəxs saxlanılıb

10:07 23.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsuda narkokuryerlik edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.

Ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.