Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirildi

18:16 12.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilib.

 

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, hərbi məktəbdə dörd il müddətində hazırlıq keçən və təhsil alan kursantlar bilik və bacarıqlarını nümayiş etdiriblər.

 

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə müxtəlif ixtisaslar və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl-səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar veriblər.

Oxunma sayı 553