Alleqri "Yuventus"dan 14 milyon avro tələb edir

17:36 28.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Massimiliano Alleqri müqaviləsi vaxtından əvvəl ləğv olunduğu üçün "Yuventus"dan 14 milyon avro tələb edib.

Hafta.az xəbər verir ki, bu barədə "La Gazzette dello Sport" məlumat yayıb. Bildirilib ki,  Turin klubu bu şərtlərdən imtina edib və məbləğin azaldılması üçün məşqçi ilə danışıqları davam etdirir.

Qeyd edək ki, "Yuventus" bu ay Alleqrini istefaya göndərib. Buna onunklubun  dəyərlərinə və onu təmsil edənlər tərəfindən qəbul edilməsi gözlənilən davranışa uyğun gəlməyən müəyyən hərəkətləri səbəb olub.