Alyaskada güclü zəlzələ

23:49 27.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Alyaska ştatında 6,0 maqnitudalı zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Ankoric şəhərindən 59 kilometr şimal-qərbdə, 69,4 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.