“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

23:41 26.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə UEFA Çempionlar Liqasında mübarizə aparan “Araz-Naxçıvan” turnirin əsas mərhələsində bu gün İsveçin “Orebro” klubu ilə qarşılaşıb.

Hafta.az xəbər verir ki, Bosniya və Herseqovinada keçirilmiş oyun rəqib komandanın 5:2 hesablı qələbəsilə yekunlaşıb.

Təmsilçimizin heyətində Vitinyo və Ramiz Çovdarov fərqləniblər.

“Araz-Naxçıvan” əsas mərhələdə növbəti oyununu sabah - oktyabrın 27-də Serbiyanın “Loznika Qrad” klubuna qarşı keçirəcək.