Yazını böyüt
Yazını kiçilt
Argentina hakimiyyəti dekabrın 20-ni milli bayram elan edib ki, hamı mundialda qalib olduqdan sonra vətənə qayıdacaq milli komanda ilə görüşə bilsin. Agentliyə ölkə Prezidentinin Administrasiyasından verilən məlumata görə, müvafiq fərman artıq normativ-hüquqi aktlar portalında dərc olunub.
Futbolçular evə gec gələcəklər. Çərşənbə axşamı günorta onlar Buenos-Ayresin mərkəzində, daimi görüşlər və şənliklərin keçirildiyi yer olan obeliskə gedəcəklər. Bazar günü on minlərlə insan çempionatdakı qələbəni bu məkanda qeyd edib.
Xatırladaq ki, Argentina millisi tarixində üçüncü dəfə (1978, 1986, 2022) Dünya Kubokunun qalibi olub. Qətərdə keçirilən turnirin finalında argentinalılar fransızlara qalib gəlib (3:3; 4:2 - penaltilərlə).