Argentina millisinin bayram paradı yarımçıq qalıb

22:24 20.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olan Argentina millisinin oyunçularının Buenos-Ayresdə keçirilməli olan bayram paradı yarımçıq qalıb.

Hafta.az xəbər verir ki, buna ölkənin paytaxtında yaranan izdiham səbəb olub. Paytaxt küçələrinə çox sayda insanın çıxması millinin futbolçularını daşıyan avtobusun şəhər mərkəzinə gedib çatmasına imkan verməyib. Bildirilir ki, futbolçular kuboku nümayiş etdirmək üçün eyvanına çıxmalı olduqları Prezident Sarayına helikopterlə gediblər.