Argentinalı azarkeş qrupundan təhdid: KİMSƏ MESSİNİ ZƏDƏLƏSƏ...

09:45 03.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya Çempionatı yaxınlaşdıqca kubok xəyalları yenidən çiçəklənən Argentinadan 35 yaşlı Leonel Messi ilə bağlı qorxulu səslər eşidilməyə başlayıb.

Hafta.az-ın yazdığına görə, Argentinanın "Ultras" azarkeş qrupu Messinin mümkün zədələnməsi ehtimalına qarşı hədələyici bəyanatla çıxış edib.

“Bu, xəbərdarlıq deyil, təhdiddir”, - deyilir bəyanatda. "Əgər hər hansı futbolçu oyun zamanı Messini zədələyərsə, onun həyatı təhlükədədir. Bu xəbərdarlıq deyil, açıq hədədir. 37 ildir ki, Dünya Kubokunu qazana bilmirik və Messiyə ümid edirik. O, buna nail ola biləcək yeganə şəxsdir. Hər kəs ona qarşı diqqətli oynamalıdır", - bəyanatda deyilir.

Sonuncu dəfə 1986-cı ildə Dieqo Maradona ilə Dünya Çempionatına çıxan Argentina o vaxtdan bəri kubok ala bilmir. 2014-cü ildə Almaniya ilə finalda oynayan Argentina əlavə vaxtda qolla 1:0 hesabı ilə uduzub.