Avropa İttifaqı XXI əsrin ən iri korrupsiya qalmaqalı ilə üz-üzə

16:00 03.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının diplomatik strukturlarında rüşvət iddialarına görə aparılan axtarışlar və həbslər Brüssel üçün son 26 ilin ən böyük qalmaqalına çevrilə bilər.

Hafta.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Avropa İttifaqının diplomatik xidmətinin sabiq rəhbəri Federika Moqerini və qurumun sabiq baş katibi Stefano Sanninoya qarşı işin miqyası yalnız 1999-cu ildə maliyyə fırıldaqları ittihamı ilə Jak Santerin rəhbərlik etdiyi Avropa Komissiyasının kütləvi istefası ilə müqayisə oluna bilər.

Bir müddət öncə Avropa Komissiyası və Avropa Baş Prokurorluğu Belçika polisinin və Avropa Baş Prokurorluğunun Avropa Xarici Fəaliyyət Xidmətinin baş qərargahında, Avropa Kollecində və bir neçə şəxsi evdə axtarış apardığını və bu axtarışlar zamanı üç nəfərin saxlanıldığını təsdiqləyib.