Avropa çempionatı: Azərbaycan basketbol millisi İrlandiyaya uduzub

17:10 14.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan yığma üçüncü matçında İrlandiya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 61:58 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komanda qrupun digər görüşlərində Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə məğlub olub.

Alberto Blankonun rəhbərlik etdiyi komandanın növbəti görüşü iyulun 17-də Niderlanda qarşı olacaq.