Avropa çempionatının ən dəyərli yığması və futbolçusu açıqlanıb

12:29 07.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa çempionatında iştirak edəcək ən dəyərli komandaların və futbolçuların adları açıqlanıb.

Siyahıya heyətinin ümumi dəyəri 1,78 milyard avro olan İngiltərə millisi başçılıq edir. Turnirin ən bahalı oyunçularından biri məhz “Dumanlı Albion” təmsilçisinin şərəfini qoruyur. Bu, İspaniya “Real Madrid”inin də formasını geyinən Cud Bellingemdir. Onun qiyməti 180 milyon avro təşkil edir.

Son dünya çempionatının finalçısı Fransa yığması (1.22 milyard avro) ikinci sırada qərarlaşıb. Yığmanın hücumçusu Kilian Mbappe isə (180 milyon avro) dəyərinə görə Bellingemlə ilk iki sıranı bölüşdürür. Ən dəyərli komandaların reytinqində ilk “üçlüy”ü Portuqaliya (1.04 milyard avro) tamamlayır. Yığmanın ən dəyərli üzvü Rafael Leaudur - 90 milyon avro.

342.90 milyon avro dəyəri olan Türkiyə millisi 11-ci pillədə yer alıb. “Ay-ulduzlular”ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu 45 milyon avro ilə komandanın ən bahalı oyunçusudur.

Ən dəyərli komandalar

1. İngiltərə – 1,78 milyard avro

2. Fransa – 1,22 milyard avro

3. Portuqaliya - 1.04 milyard avro

4. İspaniya – 1 milyard avro

5. Almaniya - 878 milyon avro

Ən dəyərli futbolçular

1-2. Cud Bellingem -180 milyon avro

Kilian Mbappe -180 milyon avro

3. Florian Virts (Almaniya) - 130 milyon avro

4. Rodri (İspaniya) - 120 milyon avro

5. Rafael Leau – 90 milyon avro

Qeyd edək ki, “Avro-2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Oxunma sayı 85