Yazını böyüt
Yazını kiçilt
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Hafta.az-ın məlumatına görə, bu, qitənin ikinci dərəcəli klub turnirində qrup mərhələsinin püşkatması zamanı bəlli olub.
Türkiyənin İstanbul şəhərində keçirilən tədbirdə Qurban Qurbanovun yetirmələri G qrupuna düşüb. Azərbaycan çempionu bu mərhələdə “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və "Nant" (Fransa) ilə mübarizə aparacaq.
Qrup mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək. Matçların təqvimi yaxın müddətdə açıqlanacaq.