Azad edilən ərazilərdə daha 17 mina aşkarlandı

13:04 07.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, fevralın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 10 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 51,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.