Azad edilmiş ərazilərə 1 milyon insan səfər edəcək

14:43 15.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Turizm Agentliyi (DTA) qarşıdakı 4 ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək turistlərin sayını açıqlayıb.

 

Hafta.az xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (International Business Forum – IBF) çıxış edən Dövlət Turizm Agentliyinin Aparatın rəhbəri Kənan Qasımov deyib.

 

K.Qasımov qeyd edib ki, 2025-ci ilə qədər yerli və xarici turistlər birlikdə 1 milyona yaxın insanın azad edilmiş ərazilərə səfər etməsi nəzərdə tutulur.