Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı işçi planımız var. Biz bunu həyata keçiririk.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, həmin ərazilərdə iqtisadiyyatı dirçəltmək üçün gender məsələləri nəzərə alınmalıdır. “Bu, çox vacib bir məsələdir”, - deyə o vurğulayıb.