Azərbaycanın 3x3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə qələbə ilə başlayıb.
Hafta.az xəbər verir ki, açılış oyununda yeni yaranmış “Baku Fleyms” komandası ilə qarşılaşan yığma rəqibini 21:6 hesabı ilə məğlub edib.
Azərbaycan seçməsi növbəti matçını bu gün Portuqaliya yığması və Polşanın “Varşava Lotto” kollektivinə qarşı keçirəcək.
İyunun 3-dək davam edəcək turnirdə 8 komanda qüvvəsini sınayır. A qrupunda Azərbaycan, Portuqaliya, “Baku Fleyms” və “Varşava Lotto”, B qrupunda isə Polşa, İtaliya, Rumıniya və “Barselona Panters” komandaları yer alıblar.
Qruplarında ilk pilləni tutan kollektivlər birbaşa yarımfinala yüksələcəklər. II-III yerlərin sahibləri 1/4 finalda qarşılaşacaq və digər yarımfinalçıları müəyyənləşdirəcəklər.