Azərbaycan çempionatına yekun vurulub

22:51 25.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

 

Hafta.az xəbər verir ki, finalın cavab qarşılaşmasında Aydın Süleymanlı ilə Məhəmməd Muradlı qarşılaşıb.

Oyun Aydının 1.5:0.5 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 30 min manat olub. Çempion titulu Aydına 12 min manat qazandırıb.