Azərbaycan gimnastları müəyyənləşib

15:44 02.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın Saraqosa şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları məlum olub.

Azərbaycan Gimnastika Federasiyasından hafta.az-a verilən məlumata görə, ölkəmizi qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Ləman Əlimuradova, Zeynəb Hümmətova və Darya Sorokina təmsil edəcəklər.

Turnirdə ölkəmizdən iki hakim - Nigar Abdusalimova ilə Vəfa Bəkərova ədaləti qoruyacaq.

Qeyd edək ki, yarış iyulun 5-6-da baş tutacaq.