Hazırda bölgədə gərgin siyasi və geosiyasi proseslərin getdiyini görürük. İlk olaraq baş verən hadisələri nəzərdən keçirək ki, düzgün nəticə çıxara bilək. Belə ki, Qərblə RF arasında baş verən qarşıdurma fonunda bir sıra Avropa dövlətləri Azərbaycan qazının real müştərisinə çevrildilər. Bunu optimal edən əsas tərəflərdən biri də Azərbaycanın real və etibarlı tərəfdaş olmasıdır.
Bu fikirləri hafta.az-a politoloq Amid Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan heç zaman öz öhdəliklərinə qarşı xilaf çıxmamış və hətta çətin zamanlarda belə müqavilə şərtlərini dəyişməmişdir. Qarşıdan qışın gəlməsini nəzərə alsaq Avropa özünü enerji cəhətdən sığortalamalı idi. Bu rolda da Azərbaycan ən vacib məntəqədir. Buna Azərbaycanon real potensialı vardır. Xəzər dənizində hələ işlənməmiş Abşeron, Ümid-Babək, Azəri, Çıraq və Günəşli yataqları vardır ki, ehtiyatları lazımı qədərdir. Bu gün imzalanın Memorandumla Azərbaycan 2027 ilə qədər Avropaya 20 mlrd kub metr qaz ötürəcək:
"Son günlər dünyada Covid 19 virusunun yenidən vüsət alması diqqəti çəkən məqamlardandır. Artıq ölkəmizdə də xəstələrin sayı 3 rəqəmli göstəruciyə keçib. Artqı KİV də qapalı məkanlarda maskadan istifadə olunamsı tövsiyyə olunur. Bu məsələdə artıq Azərbaycanın yetəri təcrübəsi və imkanları vardır. Virusun daha da genişlənəcəyi təqdirdə lazımi profilaktik tədbirlər həyata keçiriləcəkdir.
İndi isə əsas məsələ haqqında danışaq. Bölgə üzrə son günlər siyasi və geosiyasi aktivlik demək olar ki, pik həddə çatıb. Belə ki, süpergüc olan ABŞ-ən kəşfiyyat şefi Ermənistana səfər edib. Bu özlüyündə hansısa hazırlığğın getməsindən xəbər verir. Burada bir neçə versiya hakimlik edir.
Görünən odur ki, ABŞ RF ətrafında ondan asılı olmayan çüstəqil xarici siyasət yeridən dövlətlərdən ibarət çəmbəri yaratmaqda israrlıdır. Digər ehtimal isə Qarabağ ətrafından baş verən proseslərlə daha doğrusu Zəngəzur dəhlizi və ermənilərin hüquqi status ilə bağlı ola bilən məsələlərin genişlənməsi ilə müşayət oluna biləcək hadisələr ola bilər. Bu məsələdə ötən gün ölkə başçısı son mesajlarını verdi. Bunun ardınca İranın Ali Təhlükəsiliz Şurasının Katibinin həm Ermənistan həm də Azərbaycana səfər etməsi diqqəti çəkən məqamlardandır. İran Qərb tərəfdən artıq 40 ildən çoxdur ki, siyasi və iqtisadi sanksiyalarla əzilir. Bölgədə yeni kommunikasiya dəhlizlərinin açılışı, Azərbaycanda İsrail şirkıtlırinin mövcudluğu və Azərbaycanla olan əlaqə, eləcə də son zamanlar İranda dini seqmentə Azərbaycana qarşı olan hücumlar bu səfərin gündəliyinin daha zəngin olmasımdan xəbər verir. Bu gün isə artıq RF Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narişkin İrəvanda səfərdədir. Görünür ABŞ həmkarı ilə görüşdən sonra Paşinyanın RF sərhəd qoşunlarının Ermənistanı tərk etməsi haqqında dedikləri RF narahat edib.Bu birbaşa RF bu bölgədən silahlı qüvvəlırini çıxarmaqla sərhədlərə də nazrətin itirilməsi və deməli Azərbaycanla, İranla və Türkiyə ilə sərhədlərin nəzarətsiz qalması anlamına da gəlir.
Sabah Tehranda Rusiya, Türkiyə və İran arasında üçtərəfli zirvə görüşü keçiriləcək. Bu Tehran 43 dən sonra bu bölgə üzrə keçirilən ən çühüm görüş hesab olunur. Çünki, hər üç ölkənin bir biri ilə birbaşa ziddiyıti olmasa da region üzrə çaraqları toqquşur. Qərb hər üç ölkəni birləşdirən əsas nöqtədir. Belə ki, RF Qərblə müharibə vəziyyətindədir, Türkiyə ilə münadibətlər üzdə yaxşı olsa da hələ də ABŞ siaysi dairlərini Türkiyə ilə razı salmayan məqamlar var. İran ilə məsələ daha aydındır. Siyasi və iqtisdi sanksiyalar, nüvə silahının əldə edilməsi üzrə danışırlar İranı Qərbə qarşı ziddiyətli mövqe tutmasında əsas yaradır. Bundan əlavə hər üç ölkənin Suriyadakı hərbi vəziyyəti, Aralıq və Qara dəniz hövzələrində yaranmış iqtisadi vəziyyəti müzakirə etməsinə ehtiyac var. Heç şübhəsiz ki, ikitərəfli görüşlərdə Türkiyə Qarabağ ətrafında baş verən prosesləri də RF ilə müzakirə edəcək.
Qısası bölgə üzrə siayasi və geosiyasi konturlar yenidən işlənəcək. Bu planda Azərbaycanın milli maraq və mənafeyinin qorunçası olduqca vacibdir ki, buna da əminlil yaradan səbəblər var. İlk olaraq onu qeyd etməliyik ki, həm Türkiyə həm də RF Azərbaycanın müttəfiqlıridir. Azərbaycan qalib dövlətdir və bölgədə sülhün bərqərar olmasını dəstəkləyir. Bundan başqa, 10 noyabr bəyanatının icrası ilə bağlı olaraq birbaşa RF üzərinə düşən müddəalar var. Azərbaycanın mövqeyi ümumilikdə Qərb tərəfindən dəstəkıənir. Belə olan şərtlər daxilində Azərbaycana təhlükə yarada biləcək məqamların ola biləcəyini demək məntiqsiz olar. O ki, qaldı Qarbağda antiterror əməliyyatının keçirilməsi bu barədə ölkə başçısı öz sözünü son dəfə Ermənistan tərəfinə mesaj olaraq bildirdi. Hətta, iki ölkənin XİN rəhbərləri də görüşdü.
Belə bir siaysi vəziyyətdə əsas məsələ Ermənistanın siyasi vasitəyə çevrilməsinə yol verməmək və RF tərəfindən bölgədə əldə edilmiş razılıqların yerinə yetirilməsini təmin etmək lazımdır. Əks halda bölgə üzrə Qərbin təklifləri tələbləri üstələyə bilər".