Azərbaycan klubu iki əcnəbi oyunçu ilə yollarını ayırıb - FOTO

15:07 05.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəryol” komandası iki həndbolçu ilə yollarını ayırıb.

Hafta.az xəbər verir ki, Bakı klubu rusiyalı Violetta Afanasyeva və gürcüstanlı Liza Çxaidze ilə əməkdaşlığa son qoyub. Həmin oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Rusiyalı məşqçi Aleksandr Revvanın rəhbərlik etdiyi “Azəryol” ötən mövsümü üçüncü pillədə başa vurub.