Azərbaycan millisi İordaniyaya qalib gəldi

21:59 12.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

Hafta.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda İordaniya ilə qarşılaşıb.

"Dalğa Arena"da keçirilən görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Azərbaycan - İordaniya - 2:1 
Qollar: Emin Mahmudov, 45+1-pen.(1:0), Nizar Əl Raşdan 57 (1:1), Renat Dadaşov, 79 (2:1)
"Dalğa Arena"