Azərbaycan Olimpiya komandasının formaları nümayiş etdirilib - FOTO

23:30 17.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Gimnastika Arenasında Azərbaycan Olimpiya komandasının formaları nümayiş etdirilib.

Hafta.az idman.biz-ə istinadən xəbər verir ki, geyimlər Belçikanın "Konkordiya" şirkəti tərəfindən hazırlanıb.

Xüsusi dizaynda hazırlanmış idman geyimlərində Azərbaycan atributları yer alıb. Formalar parad, sərbəst və məşq dəstlərindən ibarət olub.

Formaları Paris-2024 Olimpiadasında çıxış edəcək idmançılar nümayiş etdiriblər. Səhnədə Rafiq Hüseynov, Sənan Süleymanov, Uşanqi Kokauri, Selcan Mahsudova, Gültac Məmmədəliyeva kimi olimpiyaçılar yer alıblar.