Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub

18:46 27.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Oxunma sayı 633
Gündəm rubrikasından digər xəbərlər