Azərbaycan qadın basketbol millisi təsnifat mərhələsinin qalibi olub

22:39 09.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsinin qalibi olub.

Hafta.az xəbər verir ki, komandamız finalda Kipri 21:12 hesabı ilə məğlub edərək buna nail olub. Bununla da milli Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, Avropanın ən güclü 3x3 basketbol yığmaları 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kubokunun oyunlarında iştirak edəcəklər.

Oxunma sayı 97