Azərbaycan vətəndaşları oktyabrda Türkiyədə 96 ev alıb

10:25 13.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə ev satışları oktyabrda əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,3 faiz azalaraq 140779-a çatıb. Yanvar-oktyabr ayları arasında isə ev satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artaraq 1 milyon 107 minə çatıb.

Hafta.az-ın yazdığına görə, əcnəbilərə mənzil satışı oktyabrda əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,8 faiz azalaraq 2106-ya düşüb. Əcnəbilərə mənzil satışı oktyabrda ümumi mənzil satışlarının 1,3 faizini təşkil edib.

Xaricilərə mənzil satışının ən çox olduğu əyalətlər 729 ilə Antalya, 725 ilə İstanbul və 192 ilə Mersin olub. Yanvar-oktyabr dövründə xaricilərə mənzil satışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq 17050-yə çatıb.

Oktyabrda milliyyətinə görə ən çox mənzil satışı Rusiya vətəndaşlarına 315, Almaniya vətəndaşlarına 191 və İran vətəndaşlarına 172 olub.

Bundan başqa, Ukrayna vətəndaşları 171, İraq vətəndaşları 126, Azərbaycan vətəndaşları 96, Fələstin vətəndaşları 69, Çin vətəndaşları 66, Əfqanıstan vətəndaşları 59 və İngiltərə vətədaşları 58 ev alıb.