Azərbaycanda 3 idman federasiyası ləğv olundu

21:18 29.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.

Hafta.az Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB, “Azərbaycan Peşəkar Boks Federasiyası” İB-nin federasiya statusu dayandırılıb.

Əvəzində kollegiyanın qərarı ilə “Azərbaycan Sambo Federasiyası” İB, “Azərbaycan Savat Federasiyası” İB, “Azərbaycan Taekvondo Federasiyası” İB, “Azərbaycan Avtomobil Federasiyası İB, “Azərbaycan Kapoeyra Federasiyası” İB, “Azərbaycan Yelkən Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.

Oxunma sayı 106