Azərbaycanda siqaret bahalaşdı

19:00 03.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda növündən asılı olmayaraq bütün siqaret markaları bahalaşıb.

 

Hafta.az-ın məlumatına görə, qiymət artımı bu gündən etibarən müşahidə olunmağa başlayıb.

 

Məhsulun topdan alış və satışı ilə məşğul olan sahibkarın sözlərinə görə, bir qutu siqaret marka və çeşidindən asılı olmayaraq 10-20 qəpik civarında bahalaşıb.