“Azərbaycanın 8 erməni hərbçini təhvil verməsi irəliləyişin göstəricisidir”

15:45 07.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib.

Aİ lideri “Twitter”də bildirib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra müsbət irəliləyişlərin daha bir göstəricisidir.

“Avropa İttifaqı regionda sabitlik və rifahı dəstəkləyir”, - Mişel vurğulayıb.