Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu “Sabah” BK ölkəmizi 2023/2024 mövsümündə FIBA Avropa Kubokunda (FIBA EUROPA CUP) təmsil edəcək.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, FIBA Avropa Kubokunda püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.
Qeyd edək ki, ölkəmiz sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə "Qala" komandası ilə təmsil olunub.