Azərbaycanın futbol millisi İslamiadada yarımfinalda məğlub olub

21:25 14.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinalda Türkiyə yığması ilə mübarizə aparıb.

Hafta.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu 43-cü dəqiqədə Məhəmməd Gümüşkaya vurub.

Bu qələbə sayəsində Türkiyə millisi finala vəsiqə qazanıb.

Azərbaycan millisi isə 3-cü yer uğrunda görüşdə Əlcəzair - Səudiyyə Ərəbistanı qarşılaşmasının məğlubu ilə görüşəcək.

Oxunma sayı 141