Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

09:59 06.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış Azərbaycan idmançıları üçün uğurlu alınıb.

Baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan hər iki taekvondoçumuz Vətənə qızıl medalla qayıdacaq. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.