Azərbaycanın U-15 millisi Moldovaya qalib gəldi

15:39 27.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Estoniyada keçirilən UEFA-nın inkişaf turnirində üçüncü-sonuncu oyununu keçirib.

Hafta.az xəbər verir ki, yığmamız moldovalı həmyaşıdları ilə qarşılaşıb və  1:0 hesabı ilə qalib gəlib. Əli Bəşirov 93-cü dəqiqədə fərqlənib.

U-15 bundan əvvəl Bosniya-Hersoqovina (0:0, penaltilərdə 2:3) və Estoniyaya (1:2) uduzmuşdu.