Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.
Hafta.az AFFA-nın saytına istinadla xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən oyun 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Millimizin heyətində 72-ci dəqiqədə Sadiq Məmmədli fərqlənib.
Komandalar arasında növbəti qarşılaşma sentyabrın 29-da keçiriləcək.