Azərbaycanın Vatikanda Səfirliyini açır - Sərəncam

14:53 22.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Sərəncam imzalayıb.

Hafta.az-ın məlumatına görə, Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.