Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat aldı

15:30 14.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının dörddəbir final mərhələsinin oyununa təyinat alıb.

 

Hafta.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz Türkiyə klubu “Vakıfbank”la İtaliya komandası “Vero Volley” arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.

 

Görüş martın 15-də İstanbuldakı “Vakıfbank Sport Salonu”nda təşkil olunacaq.

 

Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın əsas hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.