Yazını böyüt
Yazını kiçilt
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin təntənəli açılış mərasimi olub.
Hafta.az-ın yazdığına görə, mərasimdə bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində iştirak edən ölkələr təmsil olunub. Azərbaycanın Dövlət himni səslənib.
Qeyd edək ki, yarışlar 14-16 aprel tarixlərində keçiriləcək. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edəcək. Gənc bədii gimnastlarla yanaşı, böyükyaşlı bədii gimnastlar da çıxış edəcəklər.
Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.