Bakıda əcnəbi bir nəfərin 35 min manatını ələ keçirdi

12:52 20.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda əcnəbi dələduzluqla bağlı tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 35000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.