Bakıda evdən 35 min manat oğurlanıb

12:29 31.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Xəzər rayonu Zirə qəsəbəsindəki evlərin birindən 35000 manat pul, oyun aparatı və sənədlərin oğurlanması barədə rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.