Balakəndə peyvəndsiz sakinlər bazara buraxılmır? –İcra hakimiyyətindən açıqlama

11:51 06.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Balakən rayonunda vaksinasiya olunmamış vətəndaşların açıq bazara buraxılmadığı barədə redaksiyamıza şikayət daxil olub.

Şikayətdə deyilir ki, İcra Hakimiyyətinin qərarı ilə vaksin edilməyən vətəndaşların bazara girişinə məhdudiyyət qoyulub.

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən Balakən Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları şöbəsinin müdürü Şamil Nuriyev bildirdi ki, şikayətlər əsassızdır:

“Nə dövlət belə bir qanun qoyub nə də İcra orqanı qadağa. Şikayətlər həqiqəti əks etdirmir”.