Baş nazir yeni tunelin açılışını belə etdi - VİDEO

18:41 22.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Slovakiyanın Baş naziri Robert Fitso “Vişneve” yeraltı tunelinin açılışını qeyri-adi formada təqdim edib.
 
Hafta.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
Belə ki, baş nazirin paylaşdığı videoda onun tuneldə rolikli konki sürməsi əks olunub. O, tuneli tam şəkildə keçərək açılışı etdiyini açıqlayıb:
 
"Mən bu gün gülümsəyənlərə qoşuluram, çünki Vişnove tuneli slovakların həyatını yaxşılaşdıracaq - və bu, siyasətin əsas missiyasıdır".
 
Qeyd edək ki, tikinti 1990-cı illərin sonlarında başlayıb və çoxsaylı fasilələr və gecikmələrlə 27 ildən çox davam edib. 7,5 kilometr uzunluğundakı tunel yeni 13,5 kilometrlik magistral yolun əsas hissəsidir və Slovakiyanın ən uzun yol tunelidir.