Baş nazirinin iqamətgahı yaxınlığında PARTLAYIŞ

15:33 07.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Parisdə Fransa baş nazirinin iqamətgahı olan Palais Matignon yaxınlığında yük maşını yanıb.

Hafta.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Qəzeti xəbər verir ki, partlayış səsi də eşidilib.

Partlayış zamanı dünən baş nazirlikdən istefa verən Sebastien Lecornunun mərkəzi hökumətdəki siyasətçi yoldaşları ilə görüşü planlaşdırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğın qonşu tikililərə keçməyib. Yanğın qatı tüstü çıxarıb, yük maşınının ətrafında təhlükəsizlik perimetri yaradılıb.